Putin və Ərdoğan Çində GÖRÜŞƏ BİLƏRbackend

Putin və Ərdoğan Çində GÖRÜŞƏ BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın qarşıdan gələn Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Çin Xalq Respublikasının Tyanşin şəhərində görüşmək ehtimalı var.

İnterpress.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə danışan türk diplomatik mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, hələlik görüşün tamformatlı danışıqlar olub-olmayacağı məlum deyil.

Bundan əlavə, Kremlin sözçüsü Dmitri Peskov Rusiya liderinin sammit çərçivəsində ikitərəfli görüşlərinə dair suallara cavab olaraq prezident İlham Əliyevlə görüşün planlaşdırılıb-planlaşdırılmadığını dəqiqləşdirməyib.

O bildirib ki, hazırda ikitərəfli görüşlərin qrafiki hazırlanır və Çin tərəfinin təşkil edəcəyi tədbirlər nəzərə alınaraq yekunlaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, ŞƏT dövlət başçılarının Şurasının iclası avqustun 31-dən sentyabrın 1-dək Tyanşində keçiriləcək.

Sammit təşkilat tarixində ən irimiqyaslı tədbirlərdən biri olacaq.

Görüşdə 20-dən çox dövlət başçısı və 10 beynəlxalq təşkilatın rəhbəri iştirak edəcək.

Xuraman Etibarlı

interpress.az