Əlcəzair Xarici İşlər Nazirliyi Fransa səfirini ölkədəki vizə prosedurları ilə bağlı Fransa XİN-in açıqlamasına etiraz olaraq XİN-ə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Əlcəzair mediası məlumat yayıb.
Əlcəzair tərəfi bildirib ki, Fransa səfirliyi bu bəyanatla “həddi aşıb” və Əlcəzairi yeganə günahkar kimi göstərməyə çalışıb. Həmçinin Paris “şantaj taktikasında” ittiham olunub.
Fransa səfirliyi isə daha əvvəl bəyan etmişdi ki, Əlcəzairin yeni fransız diplomatlarına viza verməkdən imtina etməsi səbəbindən öz diplomatik heyətini üçdə bir azaldıb.
Qeyd olunub ki, bu, əlcəzairlilərin vizə müraciətlərinin baxılmasına mənfi təsir göstərəcək.
Əlcəzair XİN isə cavabında vurğulayıb ki, ölkənin 46 diplomat və konsulluq əməkdaşı hələ də Fransada işə başlaya bilmir, çünki Fransa hakimiyyəti onların namizədliyini təsdiqləmir.
Xuraman Etibarlı
interpress.az