ABŞ Hərbi Dəniz Qüvvələri Tramp üçün nəhəng hərbi parad hazırlayır.
Interpress.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb. Məlumata görə, ABŞ bu payız Trampın tələbi ilə hərbi donanmanın iştirakı ilə genişmiqyaslı parad keçirməyi planlaşdırır.
İşarə olunur ki, bu təşəbbüs Trampın iyun ayında Vaşinqtonda keçirilən paraddan narazı qalması ilə bağlıdır.
Xuraman Etibarlı
Interpress.az