Ermənistanda yüksək vəzifəli məmurların kütləvi istefası gözlənilir.
Interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, Ermənistanda yaxın vaxtlarda bir sıra yüksək vəzifəli məmurlar, o cümlədən iki vitse-premer vəzifəsindən azad ediləcək.
Media hökumətə yaxın mənbələrə istinadla yazır ki, onların işdən çıxarılmasının təxirə salınması yalnız yeni namizədlərin tapılmasında nəticəsiz cəhdlərlə bağlıdır.
Xuraman Etibarlı
Interpress.az