Rusiyada kirli qapı ayaqaltıları üçün cərimə tətbiq olunacaq.
Interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Rusiyada vətəndaşlar və sahibkarlar kirli ayaqaltı (paspas) saxladıqları üçün cərimələnəcəklər.
Hüquqşünaslar bildirirlər ki, bu, sanitar-epidemioloji normaların pozulması kimi qiymətləndirilir. Cərimə məbləği vətəndaşlar üçün 1 min rubla (təxm. 0,20 man.), sahibkarlar üçün isə 2 min rubla (təxm. 42 man.) qədər müəyyən edilib.
Xuraman Etibarlı
İnterpress.az