Rusiyalı alpinistlər Kabarda-Balkariyada daş uçqununa tuş gəlib.
Interpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Kabarada-Balkariya dağlarında baş verən qəza nəticəsində Krasnodar diyarının Alpinizm Federasiyasının keçmiş prezidenti Aleksandr Rastorguyev həlak olub.
Məlumata görə, qrup 25 avqustda marşruta çıxıb və üç nəfərdən ibarət olub: iki kişi və bir qadın. 27 avqustda qrup daş uçqununa düşüb.
İkinci iştirakçı, Yekaterina Fyodorova, müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.
O, qrupun üçüncü üzvü ilə birlikdə helikopter vasitəsilə təxliyə edilib.
Xuraman Etibarlı
Interpress.az