Avropa İttifaqı Brüsseldə Rusiya səfirini ÇAĞIRDIbackend

Avropa İttifaqı Brüsseldə Rusiya səfirini ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Rusiya səfirini Brüsseldə çağırıb.

Interpress.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas X-də məlumat verib.

O bildirib ki, Avropa İttifaqı Rusiya səfirini Brüsseldə çağırıb.

“Bu, Kiyevdəki Aİ nümayəndəliyinin binasının zədələnməsi ilə bağlıdır”, – Kallas qeyd edib.

O, nümayəndəliyin əməkdaşları ilə telefon danışığından sonra vurğulayıb: “Heç bir diplomatik missiya hədəfə çevrilməməlidir”.

Bundan əvvəl, bu gün Ukrayna Xarici İşlər Naziri Sibiga qeyd edib ki, sözügedən nümayəndəlik Rusiya tərəfindən Kiyevə edilən hücum nəticəsində zədələnib.

Xuraman Etibarlı

İnterpress.az