Moskva vilayətində 15 yaşlı məktəbli qızın əlində smartfon partlayıb.
Interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Podmoskovyədə 15 yaşlı məktəbli qızın əlində smartfon partlayıb və əlləri yanıq xəsarətləri alıb.
Qız telefonu oynayarkən şarjdan çıxarmayıb. Telefon qızın əlində həddindən artıq qızıb və partlayıb.
Tibbi müayinədə qızın hər iki əlinin barmaqlarında üçüncü dərəcəli, ön qolu isə 1-2 dərəcəli yanıq diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib.
Xuraman Etibarlı
Interpress.az