Yekaterinburqda terrorçuluq maddəsi ilə saxlanılan iki məhbus təcridxanadan qaçıb.
Interpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
24 yaşlı Aleksandr və 25 yaşlı İvan ötən ildən həbsdə idilər.
Onlar Kirovski və Oktyabrski rayonlarının hərbi komissarlıqlarını yandırmağa cəhd ediblər, lakin xüsusi xidmət orqanları tərəfindən yaxalanıblar.
Məhkəmə onlara terror aktı törətməyə cəhd ittihamı irəli sürüb.
Qaçaqlardan biri 9 il müddətinə — 2032-ci ilə qədər azadlıqdan məhrum edilmişdi. Hazırda hər ikisi axtarışdadır.
Xuraman Etibarlı
Interpress.az