TikTok-da canlı yayımda nəvəsini döyən nənə HƏBS OLUNDU – FOTObackend

TikTok-da canlı yayımda nəvəsini döyən nənə HƏBS OLUNDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda səs-küylü hadisə baş verib: nənə nəvəsini TikTok-da canlı yayım zamanı döyüb.

Interpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb. Bildirilir ki, Kutausidə yaşayan qadın TikTok-da canlı yayım zamanı öz nəvəsini döyüb.

İndi nəvəsini döydüyünə görə nənəni üç ilə qədər həbs cəzası gözləyir.

Kadrlarda uşağın əvvəlcə normal davranaraq gülməsi, daha sonra isə nənəsinin əsəbiləşib onu vurması əks olunub.

Qadın eyni zamanda yayıma qoşulan izləyicilərə “bu, sizin işiniz deyil” deyə cavab verib.

Məlumata görə, polis qadını saxlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi (zorakılıq) üzrə istintaq aparılır.

Nənəni təqsirli biləcəkləri halda, ona 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Xuraman Etibarlı

Interpress.az