Fransada dövlət qulluqçularına WhatsApp və Telegram qadağan edilib.
Interpress.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Fransa hökuməti dövlət qulluqçularının xidməti məqsədlərlə xarici messencerlərdən — WhatsApp, Telegram, Signal və digərlərindən istifadəsini qadağan edib.
Baş nazir Fransua Bayrunun göstərişinə əsasən, 1 sentyabrdan etibarən bütün məmurlar yalnız milli tətbiq Tchap-dan istifadə etməlidirlər. Əks halda, cərimə olunacaqlar.
Xuraman Etibarlı
Interpress.az