Paris polisi rekord tapıntı \ldə edib.
Interpress.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” qəzeti məlumat yayıb.
Fransanın paytaxtında Tunis əsilli iki nəfər saxlanılıb. Onların üzərindən 10 milyon avro dəyərində oğurlanmış zinət əşyaları aşkarlanıb.
Hadisə Parisin “Gare de Lyon” vağzalında təsadüfi yoxlama zamanı baş verib. Polis bir nəfərin corabında bir neçə zinət əşyası, alt paltarında isə bahalı Rolex saatı tapıb.
Aşkarlanan zinət əşyaları arasında — dəyəri 1 milyon avro olan üzük, 2 milyon avroluq sırğalar və 5 milyon avroluq boyunbağı var.
İş iri oğurluqların araşdırılması üzrə ixtisaslaşmış xüsusi bölməyə ötürülüb.
Zinət əşyalarının mənşəyi hələlik məlum deyil. Saxlanılan şəxslərin hər ikisi əvvəllər də polisin diqqətində olub.
Xuraman Etibarlı
Interpress.az