“Musiqi” nəşriyyatının əmlakı və aktivlərinə HƏBS QOYULDUbackend

“Musiqi” nəşriyyatının əmlakı və aktivlərinə HƏBS QOYULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ən böyük not arxivi olan “Muzıka” nəşriyyatının əmlakı və aktivləri həbs olunub.

Interpress.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Rusiyanın ən iri not fondu hesab edilən “Musiqi” nəşriyyatının daşınmaz əmlakı, səhmləri və intellektual mülkiyyəti məhkəmə qərarı ilə həbs edilib.

Baş Prokurorluq daha əvvəl bildirmişdi ki, nəşriyyat qanunsuz şəkildə özəlləşdirilib və dövlətə qaytarılmalıdır.

Eyni zamanda, nəşriyyatın sahibi – ABŞ vətəndaşı, Rusiya İncəsənət Akademiyasının üzvü Mark Zilberkvit barəsində ölkədən çıxış qadağası da tətbiq edilib.

Xuraman Etibarlı

Interpress.az