Moskvada yeni izləmə sistemi işə salınıb.
İnterpress.az xəbər verir ki, Moskvada insanların və obyektlərin hərəkətlərini biometrik məlumatlardan istifadə etmədən izləməyə imkan verən yeni sistem qurulub. Bu barədə “İzvestiya” yazıb.
Məlumata görə, geyim, avadanlıq və ya digər əşyalara xüsusi görünməz boya ilə işarə vurulur. Kameralar həmin işarələri qeydə alaraq analitik modula ötürür, burada süni intellekt hərəkətlərin rəqəmsal profilini tərtib edir.
Ekspertlər bildirirlər ki, yeni sistem təhlükəsizlik baxımından faydalı görünsə də, məxfilik və şəxsi həyatın qorunması ilə bağlı ciddi suallar doğurur.
Çünki vətəndaşların hərəkət trayektoriyalarının izlənməsi onların xəbəri olmadan baş verir və bu da şəxsi azadlıqlara müdaxilə kimi qiymətləndirilə bilər.
Xuraman Etibarlı
İnterpress.az