Gürcüstan parlamenti eks-premyer Georgi Qaxariyanın “Qaxariya – Gürcüstana doğru” partiyasının 12 üzvünün deputat səlahiyyətlərini tanıyıb.
Interpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
2 iyul tarixində bu deputatların səlahiyyətləri onların plenar iclasların yarısından çoxunu buraxmalarına görə dayandırılmışdı.
Partiya həmçinin 6 ay müddətinə dövlət maliyyələşməsindən məhrum edilmişdi.
Qaxariya əvvəlcə deputat mandatlarından imtina edilməsini səhv adlandırmış və partiyasının üzvlərinin parlamentə qayıtma imkanını istisna etməmişdi.
Xuraman Etibarlı
Interpress.az