Fransa xəstəxanalarını III Dünya müharibəsinə hazırlayırbackend

Fransa xəstəxanalarını III Dünya müharibəsinə hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa hökuməti ölkə üzrə xəstəxana və hospitallara fövqəladə göstəriş verib.

İnterpress.az Le Figaro nəşrinin məlumatına görə xəbər verir ki, səhiyyə sistemi 2026-cı ilin mart ayına qədər Avropada mümkün müharibəyə hazır vəziyyətə gətirilməlidir.

Qərar Almaniyanın öz ordusunu qarşıdakı Rusiya hərbi təlimləri səbəbindən yüksək döyüş hazırlığına keçirməsindən sonra qəbul olunub.

Mətbuatda yayılan məlumatlara əsasən, ilkin mərhələdə Fransa səhiyyə sistemi 10 mindən 50 minədək hərbçini qəbul etməyə hazır olmalıdır. Hadisə Avropada artan gərginliyin fonunda geniş müzakirələr doğurub.

Xuraman Etibarlı

İnterpress.az