Norveçdə baş verən nəhəng torpaq sürüşməsi nəticəsində təxminən 100 min kvadratmetr sahə dənizə axıb.
İnterpress.az Norveç mətbuatına istinadən xəbər verir ki, sürüşmə bütöv küçələri də özü ilə aparıb.
Hadisə son illərin ən böyük torpaq sürüşmələrindən biri hesab olunur. Xilasetmə xidmətləri əraziyə cəlb olunub, zərərçəkənlərin olub-olmaması barədə dəqiq məlumat hələlik açıqlanmayıb.
Mütəxəssislər hadisənin səbəblərini araşdırır.
Xuraman Etibarlı
İnterpress.az