Polşa ABŞ-dan onu G20-yə dəvət etməsini istədibackend

Polşa ABŞ-dan onu G20-yə dəvət etməsini istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa ABŞ-a müraciət edərək 2026-cı ildə G20-yə dəvət olunmaq istədiyini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski bəyanat verib.

Onun sözlərinə görə, Polşa artıq “trilyonluq iqtisadiyyatlar klubu”na daxil olub və ÜDM-i 1 trilyon dollardan çoxdur:

“Polşa iqtisadi gücünə görə bu dairədə yer almağa layiqdir. Buna görə də ABŞ-dan, G20-yə sədrlik etdiyi zaman, bizi dəvət etməsini xahiş etdim”, – deyə Sikorski bildirib.

Məsələ ilə bağlı hələlik ABŞ tərəfinin mövqeyi açıqlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az