Rusiyalı hərbi ekspertlərin fikrincə, kompüter oyunçuları pilotsuz uçuş aparatlarının (PUA) idarəsində ən uyğun namizədlərdir.
İnterpress.az xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, adi bir insanın PUA idarəsini öyrənməsi təxminən 40 saat çəkirsə, geymerlər üçün bu proses cəmi 10 saata başa gəlir.
Onların çevik reaksiyası, inkişaf etmiş motorikası və stresə davamlılığı qısa müddətdə effektiv döyüşçülərə çevrilmələrinə imkan verir.
Qeyd olunur ki, ABŞ-da artıq belə bölmələr fəaliyyət göstərir. General Cozef Votel açıq şəkildə Pentaqonu geymerlərin orduya cəlb edilməsinə çağırıb.
Xuraman Etibarlı
İnterpress.az