ABŞ-ın sabiq prezidenti Donald Tramp Çikaqonu “dünyanın ən qorxunc və təhlükəli şəhəri” adlandırıb.
İnterpress.az-ın məlumatına görə, Tramp qeyd edib ki, yalnız ötən həftəsonu Çikaqoda azı 54 nəfər odlu silahdan atəş açılması nəticəsində yaralanıb, 8 nəfər isə həyatını itirib.
ABŞ prezidenti son iki həftəsonunda da oxşar statistikanın qeydə alındığını vurğulayıb. Onun sözlərinə görə, şəhərdə cinayətkarlıq səviyyəsi son dərəcə yüksəkdir.
“Çikaqo – şübhəsiz, dünyanın ən təhlükəli şəhəridir. Qubernator Pritskerin köməyə ehtiyacı var, sadəcə özü hələ bunu anlamır. Mən bu problemi Vaşinqtondakı kimi tez bir zamanda həll edəcəyəm. Çikaqo yenidən təhlükəsiz olacaq. Gəlin Amerikanı yenidən möhtəşəm edək!” – deyə Tramp bildirib.
Xuraman Etibarlı
İnterpress.az