53 yaşlı erməni gizlicə evə GİRDİ – Bir yaşlı uşağı və anasını boğmağa CƏHD ETDİbackend

53 yaşlı erməni gizlicə evə GİRDİ – Bir yaşlı uşağı və anasını boğmağa CƏHD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 53 yaşlı kişi gizlicə evə girərək bir yaşlı uşağı və anasını boğmağa cəhd edib.

İnterpress.az xəbər verir ki, bu barəd Shamshyan.com məlumat yayıb.

Məlumata görə, hadisə avqustun 30-da Ermənistanın Tavuş vilayətində baş verib.

Saat 05:45 radələrində Tavuş polis şöbəsinə oğurluq barədə əməliyyat siqnalı daxil olub.

38 yaşlı Tavuş rayon sakini polisə bildirib ki, həmin gün saat 04:30 radələrində 53 yaşlı Tavuş sakini qanunsuz olaraq onların şəxsi evinin 2-ci mərtəbəsinə daxil olub.

Bundan sonra o, ifadə verən şəxsin həyat yoldaşı və bir yaşlı qızının yatdığı yataq otağına daxil olub.

Orada 53 yaşlı kişi arvadını, sonra da uşağı boğaraq öldürməyə cəhd edib. Köməyə gələn ər bıçaqlanıb.

Xuraman Etibarlı

İnterpress.az