İsrail rəsmiləri Qəzza əməliyyatlarından narahatdır.
Interpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
İsrailin yüksək vəzifəli rəsmiləri və nazirləri Baş nazir Benyamin Netanyahunu Qəzzada hücumu genişləndirmək əvəzinə HƏMAS-la müvəqqəti razılaşma imzalamağa çağırıblar.
Nəşr yazır ki, son həftələrdə keçirilən qapalı görüşlərdə təhlükəsizlik rəsmiləri atəşkəsə yönəlməyin zəruriliyini vurğulayıb.
İsrail ordusunun Baş Qərargah rəisi Herzi Zamir isə xəbərdarlıq edib ki, münaqişənin dərinləşməsi nəticədə Qəzzada İsrailin hərbi idarəçiliyinin tətbiqinə gətirib çıxara bilər.
Xuraman Etibarlı
Interpress.az