Avropa Komissiyası Gürcüstandan konkret addımlar GÖZLƏYİRbackend

Avropa Komissiyası Gürcüstandan konkret addımlar GÖZLƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası Gürcüstanın Aİ ilə vizasız gediş-gəlişin saxlanması şərtlərini yerinə yetirmək üçün konkret addımlar atacağını gözləyir.

İnterpress.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi “European Pravda”nın müxbirinə bildirib.

O deyib ki, Avropa Komissiyası hələ də Gürcüstan hökumətinin hərəkətlərini və onun Aİ-nin demokratik təcrübəyə qayıtmaq tələblərinə cavabını qiymətləndirir.

Onun sözlərinə görə, Brüssel hələ də Gürcüstan hakimiyyətindən “Komissiyanın bütün tövsiyələrində qaldırılan məsələlərin həlli üçün konkret tədbirlər görəcəyini” gözləyir.

“Uzun müddətə uyğunsuzluq halında və qiymətləndirmə aparıldıqdan sonra Komissiya vizanın dayandırılması mexanizminin işə salınması barədə qərar qəbul edə bilər”, – o əlavə edib.

Nümayəndə həmçinin xatırladıb ki, ötən həftə Gürcüstan hakimiyyəti müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının bank hesablarını dondurmaqla “ölkədə demokratiyaya qarşı növbəti addım atıb”. Aİ Gürcüstan hakimiyyətini bu qərardan dərhal imtina etməyə çağırıb.

İyulun 14-də Aİ Gürcüstana məktub göndərərək, avqustun 31-dək “qanunun aliliyini bərpa etməyi və müxalifət üzvlərinə verilən sərt cəzalara yenidən baxmağı” tələb edib. Əks halda Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandırmalı olacaq.

Sentyabrın 1-də Gürcüstan Avropa Komissiyasına tövsiyələrinin icrası ilə bağlı hesabat təqdim edib.

Xuraman Etibarlı

İnterpress.az