P.Diddi Tupak Şakuru qətlə yetirmək üçün mükafat təyin edib.
İnterpress.az xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.
Müttəhim etiraf edib ki, o, cinayəti reperin qətlinə görə 1 milyon dollar vəd edən P.Diddinin, həmçinin Death Row Records musiqi leyblinin yaradıcısının göstərişi ilə törədib.
Əvvəllər hesab olunurdu ki, Tupak Şakur qətlə yetirilib, çünki o, qatili olan şəxsin qardaş nəvəsini vurmuşdu.
Lakin qatili yeni ifadəsində bildirib ki, P. Diddi Tupak Şakur üçün 1 milyon dollar mükafat təyin etmişdi.
Mənbə qeyd edir ki, P. Diddi qətldə istifadə olunan Cadillac avtomobilini də öz hesabına aldığını öyünərək söyləyib.
Qeyd edək ki, Tupak Şakur 13 sentyabr 1996-cı il tarixində Las-Veqasda dörd güllə ilə öldürülüb.
Xuraman Etibarlı
İnterpress.az