“Al Hadath”: İsrail aviazərbələrinin hədəfi Homsdakı türkiyə silah anbarları olubbackend

“Al Hadath”: İsrail aviazərbələrinin hədəfi Homsdakı türkiyə silah anbarları olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail aviazərbələrinin hədəfi Homsdakı türkiyə silah anbarları olub.

İnterpress.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Al Hadath telekanalı məlumat yayıb.

Telekanal İsrailin Suriyaya endirdiyi hava zərbələrinin hədəfinin Homs şəhəri yaxınlığında yerləşən, Türkiyə istehsalı raket və hərbi texnikanın saxlandığı anbarlar olduğunu bildirib.

Məlumata görə, həmin silah və avadanlıq Suriyanın hava hücumundan müdafiə qüvvələrinə təhvil verilmişdi və Dəməşq yaxınlığındakı hərbi bazada yerləşdirilmişdi.

İsrail təhlükəsizlik qurumundakı mənbə telekanala açıqlamasında qeyd edib:

“İsrail üçün təhlükə yaradan Suriyanın istənilən nöqtəsindəki hədəflərə zərbə endirəcəyik”.

O eyni zamanda vurğulayıb ki, İsrail Türkiyə ilə açıq qarşıdurmadan yayınmaq niyyətindədir.

Xatırladaq ki, ötən gecə Suriya mediası Homs şəhəri yaxınlığında hərbi bazaya İsrail aviazərbəsi endirildiyini bildirmişdi.

Xuraman Etibarlı

İnterpress.az