Bloqer Nikita Yefremov terrorçular və ekstremistlər siyahısına salınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Krossovka mağazasının təsisçisi və bloqer Nikita Yefremov Rusiya hökumətinin terrorçular və ekstremistlər siyahısına daxil edilib.
Məlumata görə, ona ekstremist fəaliyyətin maliyyələşdirilməsi ittihamı irəli sürülüb.
Yefremovun “ekstremist elan olunmuş” FBK-ya ümumilikdə 6 min rubl ianə etdiyi bildirilir.
O, hər dəfə min rubl olmaqla altı dəfə vəsait köçürüb.
Xuraman Etibarlı
İnterpress.az