HƏMAS Qüds hücumuna görə məsuliyyəti öz üzərinə GÖTÜRDÜbackend

HƏMAS Qüds hücumuna görə məsuliyyəti öz üzərinə GÖTÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS Qüdsdəki terror aktına görə məsuliyyəti üzərinə götürüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Terror qruplaşması HƏMAS Qüdsdə sərnişin avtobusuna edilən hücuma görə məsuliyyəti üzərinə götürüb.

Hücum nəticəsində 6 nəfər həlak olub, 22 nəfər isə yaralanıb.

Terrorçular hadisəni “işğalın cinayətlərinə və xalqımıza qarşı soyqırıma cavab” kimi dəyərləndiriblər.

İsrail polisinin məlumatına görə, hücumu iki silahlı şəxs həyata keçirib.

Onların hər ikisi təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az