Polşada 7 dron və raket qalıqları AŞKARLANDIbackend

Polşada 7 dron və raket qalıqları AŞKARLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada 7 dron və raket qalıqları aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polşada yeddi pilotsuz uçuş aparatı, eləcə də ehtimal olunan bir raketin qalıqları tapılıb.

Nazirliyin açıqlamasına görə, insidentlə bağlı araşdırmalara artıq başlanılıb. Hadisənin mənbəyi və məqsədi dəqiqləşdirilir.

Xatırladaq ki, son günlər Polşanın hava məkanında Rusiya dronlarının peyda olması ölkədə və NATO-da ciddi narahatlıq doğurub.

Baş nazir Donald Tusk baş verənləri “genişmiqyaslı təxribat” adlandıraraq fövqəladə iclas keçirmişdi.

Hadisə ilə əlaqədar Polşa NATO müqaviləsinin 4-cü maddəsi üzrə məsləhətləşmələrə müraciət edib.

Bu maddə üzv ölkələrə təhlükəsizliklərinə təhdid yarandığı halda alyans daxilində təcili məsləhətləşmələr aparmağa imkan verir.

Xuraman Etibarlı

İnterpress.az