Hərbi bloqer “xeyriyyə” adı ilə 4 milyon manat pul “YUDU” – VİDEObackend

Hərbi bloqer “xeyriyyə” adı ilə 4 milyon manat pul “YUDU” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi bloqer “xeyriyyə” adı ilə 200 milyon rubl (təxm. 4 009 800 man.) “yuyub”.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyalı hərbi bloqer və özünü “vətənpərvər” adlandıran Roman Alyoxin pul yuyulması sxeminə qarışmaqda ittiham olunur.

İstintaq məlumatına görə, o, xeyriyyə fondu vasitəsilə guya yaralı hərbçilər üçün dərman alınması məqsədilə toplanan 200 milyon rublluq vəsaiti mənimsəyib.

Sxem üzrə iş adamı ayrılan məbləğin böyük hissəsini özünə qaytarır, Alyoxin isə təxminən 50 milyon rubl (təxm. 1 milyon manatdan çox) qazanır və eyni zamanda “xeyriyyəçi imici” qazanır.

Jurnalistlər qeyd edirlər ki, bu zaman cəbhədəki adi əsgərlər çox vaxt yeməksiz və tibbi yardımsız qalır.

Beləliklə, “xüsusi hərbi əməliyyat” (“SVO”) insan faciələri hesabına şəxsi mənfəət üçün alətə çevrilir.

Xuraman Etibarlı

İnterpress.az