Polşadakı dron insidenti NATO-nu 4-cü maddəni tətbiq etməyə vadar edib.
İnterpress.az xəbər verir ki, Polşada naməlum pilotsuz uçuş aparatlarının hava məkanına daxil olması ilə bağlı NATO Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini tətbiq edib.
Müqavilənin 4 və 5-ci maddələrinə əsasən, alyans üzvlərindən birinə yönəlmiş təhdid bütün üzvlərə qarşı hücum kimi qiymətləndirilir və birlikdə reaksiya göstərmək üçün məsləhətləşmələr aparılır.
Hadisə NATO üzvləri arasında təhlükəsizlik koordinasiyasını gücləndirmək və hər hansı təcavüzün qarşısını almaq məqsədilə təcili iclaslara səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az