Serj Sarkisyan: Hakimiyyət dəyişikliyi gündəmimizdədir – VİDEObackend

Serj Sarkisyan: Hakimiyyət dəyişikliyi gündəmimizdədir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hakimiyyət dəyişikliyi gündəmimizdədir.

İnterpress.az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan barəsində məhkəmə iclası öncəsi açıqlama verib.

O bildirib ki, ölkədə hakimiyyət dəyişikliyi məsələsi mütəmadi olaraq gündəmdədir.

Sarkisyanın sözlərinə görə, hakimiyyətin uzaqlaşdırılmasının müxtəlif yolları mövcuddur.

Bunun iki üsulu var – Nepal və fransız modeli. Xalqımıza hansını təklif etməliyik? Ən düzgün və optimal yol hökumətə və baş nazirə etimadsızlıq ifadə etmək, yəni impiçment elan etməkdir”, – Sarkisyan deyib.

Xuraman Etibarlı

İnterpress.az