Pakistan Aİİ-yə daxil olmaq imkanlarını ARAŞDIRIRbackend

Pakistan Aİİ-yə daxil olmaq imkanlarını ARAŞDIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Aİİ-yə qoşulmaq imkanlarını öyrənir.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin ticarət nazirinin müavini Nasir Həmid açıqlama verib.

Pakistan Avrasiya İqtisadi İttifaqına (AİƏİ) qoşulmaq ehtimalını nəzərdən keçirir.

Onun sözlərinə görə, hələ rəsmi danışıqlar başlamasa da, hazırda hazırlıq işləri görülür və müxtəlif imkanlar araşdırılır:

“Biz bu məsələni müzakirə edirik. Qərar qəbul olunan kimi Aİİ-yə yaxınlaşmağa hazır olacağıq”, – Həmid bildirib.

Rəsmi əlavə edib ki, bu kontekstdə Pakistan tərəfi yaxın günlərdə Ermənistanla diplomatik əlaqə yaradıb.

Xuraman Etibarlı

İnterpress.az