“Gürcü arzusu” Almaniya səfirini ekstremizmi qızışdırmaqda İTTİHAM ETDİbackend

“Gürcü arzusu” Almaniya səfirini ekstremizmi qızışdırmaqda İTTİHAM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcü arzusu” Almaniya səfirini ekstremizmi qızışdırmaqda ittiham edib.

İnterpress.az xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze Almaniyanın Gürcüstandakı səfiri Peter Fişeri ölkənin daxili işlərinə qarışmaqda və cəmiyyətdə ekstremizmi alovlandırmaqda günahlandırıb.

“Bəlkə də digər ölkələrin nümayəndələri və səfirlikləri üçün bu, bir qədər təhqiramiz səslənə bilər. Amma biz Fişeri ‘səfir’ adlandıranda nəzərə almalıyıq ki, bu adam diplomatik münasibətlərin bütün sərhədlərini, ‘qırmızı xətləri’ aşıb.

O, hər zamankı kimi ölkənin daxili işlərində iştirak edir, cəmiyyətdə qarşıdurma və ekstremizmi qızışdırır. Xarici nümayəndənin ölkənin daxili siyasətinə qarışması çox ağır vəziyyətdir”, – Kaladze bildirib.

Xatırladaq ki, bundan əvvəl parlament sədri Şalva Papuaşvili də Peter Fişeri Tbilisidə namizədin seçki qərargahı qarşısında baş verən qarşıdurmada “təxribatçılar və təhrikçiləri dəstəkləməkdə” ittiham etmişdi.

Tənqidlərə cavab olaraq səfir Fişer sosial şəbəkədə Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri ilə “yaxşı söhbət” etdiyini, həmçinin Berlinin Gürcüstanın inkişaf etdiyi istiqamətlə bağlı ciddi narahatlıq ifadə etdiyini yazmışdı.

Xuraman Etibarlı

İnterpress.az