Gecə vaxtı Yer kürəsini qəfil və izaholunmaz maqnit qasırğası BURÜDÜ – FOTObackend

Gecə vaxtı Yer kürəsini qəfil və izaholunmaz maqnit qasırğası BURÜDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yer gecə qəfil və izahsız maqnit qasırğası ilə üzləşib.

İnterpress.az xəbər verir ki, Yer kürəsi gecə gözlənilmədən güclü maqnit qasırğasının təsiri altına düşüb.

Alimlərin sözlərinə görə, hadisənin səbəbi hələ də məlum deyil.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasından bildirilib ki, planetin maqnit sahəsi kəskin şəkildə dəyişib.

Lakin orbitdə və ya Yerin yaxınlığında bununla bağlı aydın izah tapa biləcək heç bir hadisə müşahidə olunmayıb.

Mütəxəssislər hazırda qasırğanın mənşəyini araşdırır və əlavə müşahidələr aparır.

Xuraman Etibarlı

İnterpress.az