Çin alimləri qocalmanı geri çevirə biləcək vaksin hazırlayıb.
İnterpress.az xəbər verir ki, 44 həftə ərzində aparılan sınaqlarda makaklara uzunömürlülük geni ilə “gücləndirilmiş” progenitor hüceyrələr yeridilib.
Mütəxəssislərin iddiasına görə, nəticədə heyvanlarda yaddaş, beyin quruluşu, sümük sağlamlığı və reproduktiv funksiyalar yaxşılaşıb.
Analizlər həmçinin qan və bir çox orqanlarda cavanlaşma əlamətlərini göstərib.
Xuraman Etibarlı
İnterpress.az