Şirlər zoopark əməkdaşını turistlərin gözü qarşısında öldürüb.
İnterpress.az xəbər verir ki, Bangkokdakı Safari World zooparkında 58 yaşlı işçi Gian Ranqharasami qəfəsdə maşından düşdükdən sonra şirlərin hücumuna məruz qalıb.
Təxminən 15 dəqiqə davam edən hücumdan sonra o, xəstəxanada vəfat edib.
Polis hadisənin əməkdaşın təhlükəsizlik qaydalarını pozması ilə bağlı baş verdiyini bildirir. Zoopark müvəqqəti bağlanıb.
Xuraman Etibarlı
İnterpress.az