Qərbi Afrikada begemot 14 sərnişini daşıyan qayığı aşırıb.
İnterpress.az xəbər verir ki, Kot-d’İvuarda Sassandra çayında begemot sərnişin daşıyan qayığa hücum edərək onu aşırıb.
Hadisə zamanı qayıqda 14 nəfər olub. Yalnız üç sərnişin xilas edilib, qalan 11 nəfərin taleyi hələ də məlum deyil. Axtarış-xilasetmə işləri davam edir.
Məlumatlara görə, ölkədə təxminən 500 begemot yaşayır və onlar bəzən çaylarda hərəkət edən qayıqlara hücum edərək insan tələfatına səbəb olur.
Mütəxəssislər bu heyvanların xüsusilə aqressiv xarakterli olduğunu və ərazilərini qoruyarkən təhlükə yarada biləcəyini bildirirlər.
Xuraman Etibarlı
İnterpress.az