FTB Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin fotosunu yayıb.
İnterpress.az xəbər verir ki, FTB Solt-Leyk-Siti bürosu Çarli Kirkın qətlində şübhəli bilinən şəxsin şəklini dərc edərək ictimaiyyətdən onun kimliyinin müəyyənləşdirilməsinə kömək istəyib.
Daha əvvəl məlum olub ki, qatilin istifadə etdiyi güllələrin üzərində transgender və antifaşist simvolları həkk olunub.
Silahın içində tapılan patronlar istintaqa təqdim edilib. Şübhəlinin axtarışları davam edir.
Xuraman Etibarlı
İnterpress.az