Casusluqda ittiham olunan deputat toxunulmazlıqdan MƏHRUM EDİLDİbackend

Casusluqda ittiham olunan deputat toxunulmazlıqdan MƏHRUM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya parlamenti AfD millət vəkilini Çində casusluq iddialarına görə toxunulmazlıqdan məhrum edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Almaniya Bundestaqı “Almaniya üçün Alternativ” (AfD) partiyasının deputatı Maksimilian Krahı parlament toxunulmazlığından məhrum edib.

O, Çin xeyrinə casusluqda, habelə rüşvət alma və çirkli pulların yuyulmasında ittiham olunur.

İstintaq materiallarına görə, ittihamlar Çindən gələn ödənişlərlə bağlıdır.

Xatırladaq ki, 2024-cü ilin iyununda Kran AfD-nin Avropa Parlamenti seçkilərində siyahı lideri olub.

Xuraman Etibarlı

İnterpress.az