Ben-Qvir Qəzzada “lüks polis kompleksi” inşa etməyi planlaşdırır.
İnterpress.az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Roş ha-Şana (yəhudi yeni ili) ərəfəsində polis əməkdaşları üçün keçirilən bayram tədbirində Qəzza ilə bağlı gələcək planlarından danışıb.
Onun sözlərinə görə, İsrail ordusu Qəzza şəhərində həlledici əməliyyatı başa çatdırdıqdan sonra bölgədə dəniz mənzərəli “lüks yaşayış kompleksi” polis üçün tikiləcək.
Nazir kompleksin Yaxın Şərqin ən gözəl yerlərindən birində yerləşəcəyini vurğulayıb.
Ben-Qvir əlavə edib ki, “Qəzza sektorunda yəhudi yaşayış məntəqələrinin yaradılmasının vaxtı çatıb, çünki onlar təhlükəsizlik gətirir”.
Xuraman Etibarlı
İnterpress.az