Ukraynada “dil patrulları” olmayacaq – Ombudsmanbackend

Ukraynada “dil patrulları” olmayacaq – Ombudsman

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada “dil patrulları” olmayacaq, çünki bu, cəmiyyətdə sabitliyi poza bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Dilinin Müdafiəsi üzrə Komissarı Yelena İvanovskaya bildirib.

O deyib ki, müharibədən zərər görmüş cəmiyyət belə bir təşəbbüsü mənfi qarşılayar və dövlətin maliyyə imkanları hazırda hərb sektoruna yönəldiyindən, dil patrullarına vəsait ayrılmayacaq.

İvanovskaya əlavə edib ki, patrulların tətbiqi təzyiq kimi qəbul oluna və cəmiyyətdə sabitliyi poza bilər.

Qeyd edək ki, əvvəllər “dil patrulları” İvano-Frankovsk şəhərində tətbiq olunmuşdu.

Xuraman Etibarlı

İnterpress.az