Kreatin həm bağırsağı, həm də beyni qoruyur – ARAŞDIRMAbackend

Kreatin həm bağırsağı, həm də beyni qoruyur – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreatin həm bağırsağı, həm də beyni qoruyur.

İnterpress.az xəbər verir ki, bununla bağlı alimlər araşdırma aparıb.

İspaniyadan olan alimlərin yeni araşdırmasına görə, kreatin qəbulu yalnız əzələ gücünü artırmaqla məhdudlaşmır, həm də insanın psixoloji vəziyyətinə təsir göstərə bilər.

Tədqiqat nəticəsində məlum olub ki, bu maddə bağırsaqda yaranan iltihabı azaldaraq narahatlıq və gərginliyi minimuma endirir.

Mütəxəssislər bildirirlər ki, bağırsaq və beyin arasında birbaşa əlaqə mövcuddur — buna “bağırsaq-beyin oxu” deyilir.

Əgər bağırsaqda iltihab yaranırsa, bu, sinir sistemi və psixi durum üzərində də mənfi iz buraxır. Kreatin həmin prosesi normallaşdıraraq beynin reaksiyasını daha sakit edir.

Laboratoriya sınaqları zamanı kreatin əlavə olunmuş su içən siçovullar daha aktiv, sakit və ünsiyyətcil davranıblar, həmçinin depressiv əlamətlərə daha az meyllilik göstəriblər.

Alimlər hesab edirlər ki, nəticələr insanlarda da təsdiqlənərsə, kreatin yalnız idman əlavəsi deyil, həm də psixi sağlamlıq üçün dəstəkləyici vasitə kimi geniş istifadə oluna bilər.

Xuraman Etibarlı

İnterpress.az