Gec səhər yeməyi ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
İnterpress.az xəbər verir ki, bu barədə alimlərin araşdırmasının nəticələri “Communications Medicine” jurnalında dərc olunub.
Böyük Britaniyada aparılmış tədqiqat göstərib ki, orta və yaşlı yaş qrupunda gecikmiş səhər yeməyi edən şəxslərdə ölüm riski daha yüksəkdir.
Araşdırmada iştirak edən 3 min nəfərdən belə nəticə əldə olunub, lakin gənclərdə oxşar əlaqə müşahidə edilməyib.
Alimlər qeyd edirlər ki, gecikmiş səhər yeməyi birbaşa ölümə səbəb olmur, əksinə, bu, digər gizli sağlamlıq problemlərinin göstəricisi ola bilər.
Bu insanlar arasında daha çox aşağıdakı hallara rast gəlinib:
-
Daimi yorğunluq
-
Narahatlıq və depressiya
-
Diş və damaq problemləri
-
İki və daha çox xroniki xəstəlik.
Mütəxəssislər bildirirlər ki, yaşlılarda yuxu keyfiyyətinin pozulması gec oyanmağa səbəb olur ki, bu da ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərir.
Nəticə: əgər səhər yeməyinizi adi vaxtdan gec edirsinizsə və digər sağlamlıq problemləri də mövcuddursa, həkimə müraciət etməyiniz tövsiyə olunur.
Xuraman Etibarlı
İnterpress.az