Özbəkistan Rusiyanın yeni səfirinin etimadnaməsini QƏBUL ETDİbackend

Özbəkistan Rusiyanın yeni səfirinin etimadnaməsini QƏBUL ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın xarici işlər naziri Rusiyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

İnterpress.az xəbər verir ki, bu barədə özbək mediası məlumat yayıb.

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Rusiyanın yeni təyin olunmuş səfiri Aleksey Yerxovun etimadnaməsini qəbul edib.

Görüşdə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi, strateji tərəfdaşlıq və müttəfiqlik məsələləri müzakirə olunub.

Aleksey Yerxov 2009–2015-ci illərdə Rusiyanın İstanbuldakı baş konsulu, 2015–2017-ci illərdə isə Rusiya XİN-in Situasiya-Kriminal Mərkəzinin direktoru olub.

2017-ci ildə Rusiyanın Türkiyədə səfiri təyin olunan Yerxov bu vəzifəni 14 il ərzində icra edib.

O, iyunun 11-də Türkiyədəki diplomatik missiyasını başa vurduğunu açıqlamışdı.

Xuraman Etibarlı

İnterpress.az