ABŞ İran tərəfdarı olan 4 milis qrupunu terror təşkilatları siyahısına DAXİL ETDİbackend

ABŞ İran tərəfdarı olan 4 milis qrupunu terror təşkilatları siyahısına DAXİL ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti dörd proiran hərbiləşdirilmiş qruplaşmanı xarici terrorçu təşkilatlar siyahısına daxil edib.

İnterpress.az xəbər verir ki, qurumun açıqlamasına görə, “Hizbullah ən-Nücəbə”, “Kətaib Seyid əş-Şühəda”, “Hərəkat Ənsarullah əl-Avfiyyə” və “Kətaib əl-İmam Əli” ABŞ-nin Bağdaddakı səfirliyinə və koalisiya qüvvələrinin yerləşdiyi bazalara hücumlarda iştirak ediblər.

Dövlət katibi Marko Rubio bildirib ki, bu qərar prezident Donald Trampın İrana maksimum təzyiq siyasətinə uyğundur və Tehranın regional müttəfiqlərinin maliyyə mənbələrinin qarşısını almağa xidmət edir.

Xuraman Etibarlı

İnterpress.az