Özbəkistan 1989-cu ildən bəri ilk əhalinin siyahıyaalınmasını keçirməyə hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə “The Diplomat” məlumat yayıb.
Özbəkistan 2026-cı ilin əvvəlində müstəqillikdən bəri ilk ümumi əhali siyahısını keçirməyə hazırlaşır.
Siyahı 15 yanvar – 28 fevral tarixləri arasında aparılacaq və məlumatlar həm onlayn, həm də şəxsi görüşlər vasitəsilə toplanacaq.
Siyahının keçirilməsi vətəndaşların sayını yeniləməyə, həmçinin miqrasiya, ailə vəziyyəti, məşğulluq və gəlir mənbələri barədə vahid bazanın yaradılmasına imkan verəcək. Bu isə ölkənin sosial-iqtisadi vəziyyətini daha dəqiq analiz etməyə yardım edəcək.
2020-ci ildə qəbul edilmiş Əhali Siyahısı Qanununa əsasən, siyahı hər 10 ildən bir keçirilməlidir. 2021-ci ildə ilk sınaq siyahısı aparılsa da, proses pandemiya və digər səbəblər üzündən təxirə salınıb.
Hazırkı rəsmi qiymətləndirmələrə görə, Özbəkistanın əhalisi təxminən 38 milyon nəfərdir, lakin dəqiq say və etnik tərkib hələ də məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az