Alimlər xəstəlikləri 20 il əvvəl proqnozlaşdıra bilən süni intellekt YARATDIbackend

Alimlər xəstəlikləri 20 il əvvəl proqnozlaşdıra bilən süni intellekt YARATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa alimləri xəstəlikləri 20 il əvvəl proqnozlaşdıra bilən süni intellekt yaradıb.

İnterpress.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

Avropalı alimlər insanın şəxsi tibbi tarixçəsinə əsaslanaraq gələcək xəstəliklərin yaranmasını proqnozlaşdıra bilən süni intellekt sistemi yaradıblar.

Delphi-2M adlı model generativ yanaşma ilə işləyir və insanın gələcək sağlamlıq vəziyyətinin müxtəlif süni ssenarilərini təhlil edərək 20 ilə qədər müddət üçün xəstəlik risklərini qiymətləndirə bilir.

Alimlər modeli Böyük Britaniyada aparılan UK Biobank layihəsinin 400 min iştirakçısının, həmçinin 1,9 milyon danimarkalının tibbi məlumatları əsasında öyrədiblər.

Xuraman Etibarlı

İnterpress.az