Taliban Trampın tələbini RƏDD ETDİbackend

Taliban Trampın tələbini RƏDD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstan Taliban rejimi ABŞ prezidenti Donald Trampın Baqram hava bazasını ABŞ nəzarətinə qaytarmaq tələbini rədd edib.

İnterpress.az xəbər verir ki, bu barədə Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi bildirib.

“Bizi tanısanız və hər şeyi sıfırdan yenidən qursanız belə, Baqramı bir yana qoymayın, biz bu ölkənin bir metrini belə təslim etməyəcəyik”, – nazir deyib.

Qeyd edək ki, Tramp Londona səfəri zamanı jurnalistlərə açıqlamasında ABŞ-nin Çin yaxınlığında strateji yerləşməsini nəzərə alaraq bazanı geri qaytarmaq istədiyini bildirib.

O əlavə edib ki, “Çinin nüvə silahını istehsal etdiyi yerdən cəmi bir saatlıq məsafə var”.

Xuraman Etibarlı

İnterpress.az