Rusiyada 50 nəfərin ölümü ilə bağlı işdə hökm çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Samara Krasnoqlinski Rayon Məhkəməsi 2023-cü ilin yayında Rusiyanın bir sıra regionlarında 50 nəfərin ölümünə səbəb olan “Mister Sidr” ickisindən kütləvi zəhərlənmə işi üzrə hökm elan edib.
İçkinin istehsalçısı Anar Hüseynov 9 il, tədarükçüsü Artyom Ayrapetyan isə 8 il həbs cəzası alıb.
Xuraman Etibarlı
İnterpress.az