ABŞ və Qazaxıstan 4 milyard dollar dəyərində lokomotivlərin tədarükü üçün müqavilə imzalayıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Lutnik X sosial media platformasında yazıb.
Onun sözlərinə görə, ABŞ və Qazaxıstan 4 milyard dollar dəyərində lokomotivlərin tədarükü üçün tarixdə ən böyük müqavilə imzalayıb.
“Bu sövdələşmə uğur hekayəsindən daha çox şeydir. O, Texas və Pensilvaniyada minlərlə işi dəstəkləyəcək və ABŞ-Qazaxıstan tərəfdaşlığını gücləndirəcək”, – o qeyd edib.
Lokomotivlər Avropa və Asiyadan keçən nəqliyyat dəhlizində istifadə olunacaq və layihə Amerika texnologiyasına əsaslanır.
Xuraman Etibarlı
İnterpress.az